İstanbulda 34 binanın sakinləri təxliyə olundu - SƏBƏB?


Digərləri 27 Apr 2019 11:07:00 167 0

İstanbulda 34 binanın sakinləri təxliyə olundu - SƏBƏB?

İstanbulun Esenyurt rayonunda 34 binanın sakinləri təxliyə olunub.

Bakı. Rufiz Hafizoğlu - İstanbulun Esenyurt rayonunda 34 binanın sakinləri təxliyə olunub. Trend-in məlumatına görə, təxliyə qərarı binalarda çatların yaranması səbəbindən verilib. Həmin binaların söküləcəyi bildirilir. Qeyd edək ki, bir müddət öncə İstanbulun Kaqıthanə rayonunda 4 mərtəbəli yaşayış binası uçulmuşdu. Həmin binanın sakinləri daha öncədən təxliyə olunduğundan xəsarət alan olmamışdı.