DİM 31 abituriyentin imtahan nəticələrini ləğv edib


Digərləri 27 Apr 2019 10:57:00 204 0

DİM 31 abituriyentin imtahan nəticələrini ləğv edib

Aprelin 7, 14 və 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.

Bakı. İlhamə İsabalayeva - Aprelin 7, 14 və 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub. Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, həmin şəxslərin imtahan nəticələri sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ləğv edilib.