Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü


Dünya 27 Apr 2019 10:22:00 254 0

Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü

Çinin Anhui vilayətində dəhşətli qətl hadisəsi baş verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, qadın onun sifarişini unudub evə əliboş gələn ərini mətbəx bıçağı ilə öldürüb.

Qadın ərinə zəng edərək axşam evə gələndə toyuq almaq lazım olduğunu bildirib. Kişi evə gələndə toyuq almağı unutduğu üzə çıxıb. Bu zaman ər və arvad arasında mübahisə başlayıb. Qadın mətbəxdən götürdüyü bıçaqla ərini bir neçə dəfə bıçaqlayıb. Öldürülən şəxsin xalası oğlu bildirib ki, mərhum arvadı Lou tərəfindən dəfələrlə təhqir edilərək döyülüb.