Zelenski Putinlə tetatet görüşdən imtina edir


Dünya 27 Apr 2019 08:15:00 216 0

Zelenski Putinlə tetatet görüşdən imtina edir

Polşanın sabiq prezidenti Aleksandr  Kvasnevski bildirib ki, Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Vladimir Putinlə təkbətək görüşmək istəmir.

Son.az oxu.az-a istinadən bildirir ki, Zelenski Rusiya prezidenti ilə "Normand " formatında, Angela Merkel və Emmanuel Makronun iştirakı ilə görüşmək istəyir. Kvasnevski bu qərarı "ədadlətli qərar" adlandırıb:

"Bu format onun üçün müdafiə çətiri rolunu oynayacaq. Axı Putin kimi siyasi güclə təkbətək görüş Zelenski  üşün xoş nəticələnməyə bilər".