“Poeziya çələngi” toplusu Azərbaycan və ingilis dillərində nəşr olunub


Digərləri 27 Apr 2019 01:13:43 225 0

“Poeziya çələngi” toplusu Azərbaycan və ingilis dillərində nəşr olunub

Azərbaycan ədəbiyyatı nümunələri ingilis dilinə tərcümə olunaraq kitab şəklində çap edilib.

Bakı. Azərbaycan ədəbiyyatı nümunələri ingilis dilinə tərcümə olunaraq kitab şəklində çap edilib. Azərbaycan Dillər Universitetindən (ADU) Trend-ə verilən məlumata görə, “Poeziya çələngi” adlı yeni tərcümə kitabında yer alan şeirləri Azərbaycan dilindən ingilis dilinə tanınmış şair-tərcüməçi, Universitetin məsləhətçi dosenti Sabir Mustafa tərcümə edib. Kitabın tərtibatçısı Səminə Sabir qızı, redaktoru professor Qılıncxan Bayramov, ön sözün müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent Fialə Abdullayeva və professor Şahin Xəlillidir. “Poeziya çələngi” toplusunun nəşri Azərbaycan və ingilis mədəniyyəti arasında yeni körpüdür. Ön sözün müəllifləri qeyd edirlər ki, Sabir Mustafa “Poeziya çələngi” toplusunda Azərbaycan ədəbiyyatının ürəkləri vəcdə gətirən poetik nümunələrini ingilis dilinə tərcümə etməklə Azərbaycan klassik və müasir poeziyasının yaxın və uzaq meridianlarında əks-sədasını yaratmağa cəhd göstərib. Şübhəsiz ki, onun tərcümə missiyası uğurlu alınıb, insan ömründən çox-çox uzun olan zamanın ədəbi estafetini qazanıb.