Cənubi Koreya məşqçisi: Azərbaycanda bədii gimnastika uğurla inkişaf edir


Digərləri 27 Apr 2019 00:21:24 224 0

Cənubi Koreya məşqçisi: Azərbaycanda bədii gimnastika uğurla inkişaf edir

Bədii gimnastika üzrə Dünya Kubokunda yaradılan şərait bizim çox xoşumuza gəlir

Bakı. Bədii gimnastika üzrə Dünya Kubokunda yaradılan şərait bizim çox xoşumuza gəlir. Bunu Trend-ə bədii gimnastika üzrə Cənubi Koreya milli komandasının baş məşqçisi Yevgeniya Gertsikova deyib. O bildirib ki, Bakıda yarışlarda Cənubi Koreyanın iki idmançısı iştirak edir: “Yarışlar hələ davam etdiyi üçün nəticələrlə bağlı şərh verməyəcəyəm. Bu il dünya çempionatı da Bakıda keçiriləcəyinə görə, hedab edirəm ki, bütün güclü idmançılar burada iştirak edir. Ona görə də yarışın səviyyəsi çox yüksəkdir”. Məşqçi əlavə edib ki, Azərbaycanda bədii gimnastika uğurla inkişaf edir və Azərbaycan gimnastları çox perspektivlidir.