Günün qoroskopu:Əksliklərin vəhdətindən istifadə edin


Digərləri 27 Apr 2019 00:01:00 56 0

Günün qoroskopu:Əksliklərin vəhdətindən istifadə edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Dəvət aldığınız toplantıya qatılın. Başladığınız işləri yarımçıq qoymayın. Düşünülmüş qərarlar uğur vəd edir. Çalışdığınız kollektivdə həmkarlarla münasibətləri korlamayın, rəhbərliklə mübahisə etməyin.

Günün ikinci yarısında çətinliyi dəf etməmiş qələbəni bayram etməyin. Yaşananları anlamağa çalışın, olayların kölgə ünsürlərini araşdırın. Ailə üzvləri ilə münasibətlərdə heç bir problem yoxdur. Problemin ümumi həll yollarını nəzərdən keçirin.

Axşam saatlarında söhbət əsnasında sayıq və sərvaxt davranın.

Buğa - Qənaətli, sayıq olun. Maraqlarınızı başqalarının problemlərin həllinə qurban verməyin. Yaxınlarınızı, dəyər verdiyiniz insanları düşünün. Bəzi qohumlarla fikir ayrılıqları yarana bilər. Münasibətlərdə ixtilafların təşəkkül tapmasına rəvac verməyin.

Günün ikinci yarısında mübahisələri çözməyin alternativ yolları var. Yaxın ətrafınızdakı insanlarla əlaqələri kəsmək istəmirsinizsə, aqressiv davranmayın. Yalan danışmayın. Münasibətlərdəki problemlərin müzakirəsi üçün əlverişli vaxt deyil.

Axşam saatlarında stressdən qurtulmaq üçün evdən kənarda istirahət edin.  

Əkizlər - Emosiyaların köləsinə çevrilməyin. Hadisələrin məcrasını təxminləmək mümkün deyil. Fəaliyyət planının standart axarına riayət etmək, çərçivədən kənara çıxmamaq mümkün deyil. Başqalarının mübahisəsinə qatılmayın.

Günün ikinci yarısında neqativ hisslərin təsiri altında etibar etdiyiniz insanı özünüzdən kənarlaşdırmayın. Mövqelərinizin səhih, fikirlərinizin dürüst olduğuna kimsəni inandırmağa can atmayın.

Rasional və soyuqqanlı olun.

Xərçəng - Günün ilk yarısından etibarən işlərin sayı artacaq. Onların bir qismi maraqlıdır. Amma maliyyə məsələləri ilə bağlı problemlər istisna deyil. Xərclərin sayını azaldın. İfrata varmayın, proseslərə nəzarət edin.

Yaxınlarınızdan bəziləri ilə münaqişəniz varsa, günün ikinci yarısında onun fəsadlarını aradan qaldıra bilərsiniz. Təmasları normallaşdırın. Axşam saatlarında romantik görüş istisna deyil. Lakin sayıq olun, mümkün problemləri aşkarlamağı bacarın.

Şir - Bütün problemləri köhnə metodlarla çözməyə üstünlük versəniz, yanlış istiqamətdə olacaqsınız. Psixoloji müdafiəyə, təhlükəsizlik hissinə ehtiyacınız var. Ailə üzvləri ilə dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın.

Günün ikinci yarısında hadisələrin məhvərini, olayların hərəkətverici qüvvəsini anlamağa çalışın. Hissiyyatınız güclənəcək. Hətta telepatik imkanlara malik olduğunuzu hiss edəcəksiniz.

Ailə üzvlərinin qayğısına qalın. Yeni problemin formalaşmağa başladığını intuitiv olaraq duyun.

Axşam saatlarında stressdən qurtulmağınıza musiqi yardım edəcək.

Qız - Eyni problemi müxtəlif yollarla həll etmək olar. Aqressiv və sərt davranış modelini seçməyin. Belədə maneələrlə sədlərin dəf edilməsinə çox vaxt gedəcək. Qısamüddətli stress istisna deyil.

Günün ikinci yarısında çevik taktika anlaşılmazlığı aradan qaldırmağa və kompromis varianta nail olmağa imkan verəcək. Yeni yol aramaq imkanlarından bəhrələnin. Texniki variantların həlli üçün sınanmış vasitələrə üstünlük verin. Şəxsi münasibətlərdə müdrik olun, əlverişli taktikanı seçin.

Dostlarla və yaxınlarla münasibətlərdə qaba insan təsiri bağışlamayın.

Tərəzi - Günün ilk yarısı asan dövr deyil. Ziddiyyətlər və anlaşılmazlıqlar aşkar qarşıdurmaya çevrilə bilər. Bir neçə nəfərin qatılacağı münaqişə istisna deyil.

Sizdə narahatlıq hissi yaradan problemlərin müzakirəsindən yayınmayın.

Uşaqlarda internet asılılığını necə tarazlamaq olar?  Gənclərə məsləhət like
  • 26 Apr 23:54  
Digərləri Uşaqlarda internet asılılığını necə tarazlamaq olar? Gənclərə məsləhət

Günel Qurbanova: "Texnologiya əsrində uşaqları bu vasitələrdən tama

arrow Ətraflı
Acı şokoladın 9 möhtəşəm faydası like
  • 26 Apr 23:45  
Digərləri Acı şokoladın 9 möhtəşəm faydası

Alimlər hər gün şokolad yeməyi məsləhət görürlər. Amma bu xəbərin p

arrow Ətraflı
Tanınmış rejissorun sonuncu filmi  FOTO like
  • 26 Apr 23:42  
Digərləri Tanınmış rejissorun sonuncu filmi FOTO

Və ya "Qırmızı başınağacı" 45 yaşında 

arrow Ətraflı
Maraqlı yaz obrazları: Zefir rənglərini qarderobunuza gətirin  FOTO like
  • 26 Apr 23:36  
Digərləri Maraqlı yaz obrazları: Zefir rənglərini qarderobunuza gətirin FOTO

Aprelin sonları öz qarderobuna pastel rəngləri əlavə etmək üçün ideal

arrow Ətraflı
Çörək yeməsəniz, orqanizmdə NƏLƏR OLAR?  İNANMAYACAQSINIZ  FOTO like
  • 26 Apr 23:22  
Digərləri Çörək yeməsəniz, orqanizmdə NƏLƏR OLAR? İNANMAYACAQSINIZ FOTO

Görəsən, bizim nənə və babalarımız ağlına gətirərdimi ki, bəşər t

arrow Ətraflı
Ər arvadını bıçaqlayıb like
  • 26 Apr 23:19  
Kriminal Ər arvadını bıçaqlayıb

Gəncədə qadın əri tərəfindən bıçaqlanıb. 

arrow Ətraflı
USAID və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq sazişi imzalayıb like
  • 26 Apr 23:18  
Digərləri USAID və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq sazişi imzalayıb

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya

arrow Ətraflı