Uşaqlarda internet asılılığını necə tarazlamaq olar? Gənclərə məsləhət


Digərləri 26 Apr 2019 23:54:00 245 0

Uşaqlarda internet asılılığını necə tarazlamaq olar?  Gənclərə məsləhət

Günel Qurbanova: "Texnologiya əsrində uşaqları bu vasitələrdən tamamilə məhrum etmək düzgün deyil" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Texnologiya hər gün bir az daha inkişaf edir və uşaqların onlardan istifadə yaşı günü-gündən azalır. Hətta əsasən Avropa ölkələrində insanlar digər gündəlik iş bölgülərini "ağıllı" vasitələrlə izlədikləri kimi, uşaqları da bu vasitələrlə izləyirlər. Azərbaycanda da bu, yavaş-yavaş öz yerini almağa başlayır. Uşağı "sakit saxlamaq" üçün telefon və ya planşetlərdən istifadə olunur. Hətta yemək yedirtməkdə çətinlik çəkdiyi zaman belə, valideynlərin köməyinə bu vasitələr gəlir.

Bəs bu texnoloji vasitələr həqiqətən valideynlərin işini asanlaşdırır, yoxsa sadəcə "saxta kontrol"da saxlamaq hissi yaradır?

Psixoloq Günel Qurbanova deyir ki, körpələrin inkişaf dövründə valideynlərin diqqət etməli olduğu üç nüans var: "İnsan orqanizmi və psixologiyası çox həssasdır. Körpələr dünyaya gəldiyi gündən, bir yaşına kimi olan dövrdə öz ehtiyaclarını ödəmək üçün valideynlərindən asılı olur. Sonrakı dövrdə isə yeriməyə, danışmağa və artıq özü-özünü idarə etməyə başlayır. Həmin bu inkişaf dövründə, valideynlərin diqqət etməli olduğu 3 nüans var. Uşağın yanında telefon və ya planşetdən mümkün qədər istifadə etməmək, uşaqla çox ünsiyyətdə olmaq, uşağı real oyunlarla oynamağa cəlb etmək. Əks təqdirdə, uşaqda nitq gec formalaşacaq, emosiyaları zəif inkişaf edəcək. Bir nüansı da unutmaq olmaz ki, uşaqlar, xarakter tam formalaşana qədər valideynlərini təkrarlayır və onların istifadə etdiyi hər şeyə maraq göstərirlər".


Xəbərə aid foto