Acı şokoladın 9 möhtəşəm faydası


Digərləri 26 Apr 2019 23:45:00 233 0

Acı şokoladın 9 möhtəşəm faydası

Alimlər hər gün şokolad yeməyi məsləhət görürlər. Amma bu xəbərin pis tərəfi də var. Onlar yalnız tünd, acı şokolad yeməyi məsləhət görürlər. Şokoladın tərkibində kakao və şəkər az olarsa, faydaları bir o qədər çox olar.

Son.az yenicag.az-a acı şokolad yeməyin 6 müsbət təsirini təqdim edir:

1. 70-85% kakao miqdarına sahib 100 qram şokoladda gündəlik ehtiyacımız olan bir çox maddələr var:

- 11 qram qida lifi

- Gündəlik ehtiyacımız olan dəmirin 67%-i

- Gündəlik ehtiyacımız olan maqneziumun 58%-i

- Gündəlik ehtiyacımız olan manqanın 98%-i

- Gündəlik ehtiyacımız olan misin 89%-i

- Həmçinin böyük miqdarda potassium, fosfor, sink və selenium.

Lakin gündəlik sadəcə 20-30 qram qara şokolad istehlak etmək məsləhət görülür.

2. Qara şokolad qan təzyiqini tənzimləyir.

Yüksək və aşağı qan təzyiqindən əziyyət çəkənlər üçün qara şokolad yemək məsləhət görülür.

3. Qara şokoladın tərkibindəki flavonol maddəsi dərini günəşin zərərverici təsirindən müdafiə edir.

Belə ki, şokolad üz dərisində də qan axınını yaxşılaşdıraraq məsamələr arasında sıxlığı və dəridəki nəmlik səviyyəsini artırır.

4. Şokolad beyni işləməyə məcbur edir.