Namiq Qaraçuxurluya ağır itki: 4 doğması vəfat edib VİDEO FOTO


Şou-biznes 26 Apr 2019 23:39:00 240 0

Namiq Qaraçuxurluya ağır itki: 4 doğması vəfat edib  VİDEO  FOTO

"Mənası yoxdur, Aydın dünyasını dəyişib"

Son.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" proqrmanının budəfəki qonağı meyxanaçı Namiq Qaraçuxurlu olub.

Meyxanaçı həmkarı Aydın Xırdalanlının dəfnindən də danışıb:

"Aydının vəziyyətini görəndə hiss edirdim ki, bu çox çəkməz. Lakin mənim üçün yenə də gözlənilməz oldu. Dəfn mərasimində Moskvada idim, 3 mərasimində gəlib çıxdım. Dəfn mərasimində olmadığım üçün bir çox insanlar haqlı olaraq məni qınadılar. Ümumiyyətlə, həyatda ən zəhləm gedən şey "instagram"da hansısa hüzrü paylaşmaqdı. Bir ilin içində 4 əziz adamımı itirmişəm, heç kimin də xəbəri olmayıb. Bu məsələdə başqa məqam var idi. Ataş məni 3 mərasimində kənardan çəkmişdi. Dedim ki, at paylaşım bilsinlər ki, getmişəm. 2 nəfər yazır ki, bunu niyə paylaşmısan? Saytlar da götürüb bunu yazıb. İştirakın da mənası olduğu qədər də, mənası yoxdur. Çünki artıq dünyasın dəyişib Aydın".


Xəbərə aid foto