Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı mayın 3də azadlığa buraxılacaq


Dünya 26 Apr 2019 23:26:00 327 0

Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı mayın 3də azadlığa buraxılacaq

Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı olan qadın mayın 3-də azadlığa buraxılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məhkumun vəkili bildirib. Onun sözlərinə görə, Doan Txi Xıonq günün birinci yarısında azadlığa buraxılacaq və axşam öz vətəninə yola düşəcək.

Qeyd edək ki, Malayziyanın Ali Məhkəməsi aprelin 1-də ittihamı dəyişərək şüurlu qətli sağlamlığa ölümlə nəticələnən xəsarətin yetirilməsi maddəsi ilə əvəz edib. Nəticədə həmin qadın 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Vəkilin bildirdiyinə görə, onun həbsdə olduğu müddət də hesaba alınıb.

Bununla yanaşı, martda həmin qətl hadisəsində təqsirli bilinən 26 yaşlı İndoneziya vətəndaşı Siti Aysia gözlənilmədən ona qarşı irəli sürülən ittihamdan azad edilib və bu qadın həmin gün öz vətəninə yollanıb. Məsələ burasındadır ki, prokurorlar əvvəlcə bu gənc qadınları qətlin hazırlanmasında təqsirli bilərək onlara ölüm cəzasının verilməsini tələb edirdilər. Vəkillər isə qızların əyləncə proqramı çəkilişlərində iştirak etdiklərini düşündüklərini və zəhərlənmə barədə məlumatsız olduqlarını bildirirdilər.