Bal, yumurta və limon...


Digərləri 26 Apr 2019 22:58:00 177 0

Bal, yumurta və limon...

Bəzən elə olur ki, enerjimiz iş gününün sonuna qədər yetmir. Özümüzü çox gücsüz, yorğun, əzgin hiss edirik. 

Vaxt və güc - bizim çoxumuza lazım olan məhz bu iki amildir. 

Bu problemi əcdadlarımız müxtəlif ərzaqlardan hazırlanan köməyi ilə aradan qaldırırdılar.

Son.az medicina.az-a istinadən itirdiyiniz gücünüzü bərpa etməyə kömək edəcək 6 qarışımın reseptini təqdim edir: 

1. 1 çay qaşığı balı 1 yumurta sarısı və azacıq limon və ya portağal suyu ilə qarışdırın. Alınan qarışımı yaxşı olardı ki, səhər yeməyindən əvvəl istifadə edəsiniz. 

2. Bu meyvə qarışımı səhər yeməyi kimi yaxşı variantdır. Hazırlamaq üçün 5 ədəd qara gavalı qurusu, hərəsindən 3 ədəd olmaqla ərik və əncir qurusu, 2 dilim limon, 2 ədəd alma və 2 xörək qaşığı kişmiş tələb olunur. Meyvələrin üzərini tam örtənə kimi su əlavə edin. Daha sonra vam xodda 5-10 dəqiqə qaynadın. Hazır olduqdan sonra süzərək səhərlə 1 x/q için.