Xorvatiyanın cənubunda yeni minarəli məscid inşa olunacaq


Dünya 26 Apr 2019 23:07:00 191 0

Xorvatiyanın cənubunda yeni minarəli məscid inşa olunacaq

Xorvatiyanın Dubrovnik şəhərinin Qruj rayonunda yeni minarəli məscid inşa olunacaq. Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli müsəlmanların lideri Faxim Vukoutiç bildirib ki, məscidin tikintisi sənədlərin yoxlanmasından sonra başlayacaq və iki il davam edəcək. O qeyd edib ki, məscid Mərakeş və Aralıq dənizi memarlıq üslubunda inşa ediləcək.

Qeyd edək ki, məscidin tikiləcəyi rayonda Bosniya və Herseqovina, Albaniya və Türkiyədən olan 1500-ə yaxın müsəlman yaşayır. Hazırda Xorvatiyada 3 minarəli və 15 minarəsiz məscid fəaliyyət göstərir.