Doğmaların ölümü immuniteti 40 gün zəiflədir Alimlər


Digərləri 26 Apr 2019 22:52:00 260 0

Doğmaların ölümü immuniteti 40 gün zəiflədir  Alimlər

Ailə üzvlərinin, ən doğma insanların itkisi, xüsusən qəfil ölümü insana nəinki psixoloji, həmçinin immunitet səviyyəsində mənfi təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər həyat yoldaşını itirən qadının və ya kişinin qısa müddət sonra vəfat etməsini təkcə psixiloji travma ilə bağlamır. Burda itki stresinin immunitetə də təsiri var.

Uzun müddət alimlər bu istiqamətdə araşdırmalar aparıblar. 

Arizona universitetinin mütəxəssisləri 1977-ci ildən bu vaxta kimi 33 tədqiqatın nəticələrini incələyiblər.  Onlardan 13-ü bu suala cavab verib.

Məlum olub ki, sevimli insanı itirən şəxslərin yas tutduğu müddətdə orqanizmində intihabi proseslər aktivləşir, immun hüceyrələrin aktivliyi azalır.  Bu dövrdə ürək-damar, diabet, insult riski dəfələrlə artır. 

Depressiv müddət nə qədər uzun çəkirsə, immunitet bir o qədər gec bərpa olur.