Hər il qarağat yarpaqlarını yığın Revmatizm, podaqra, böyrək xəstəliyinə qarşı


Digərləri 26 Apr 2019 22:46:00 209 0

Hər il qarağat yarpaqlarını yığın  Revmatizm, podaqra, böyrək xəstəliyinə qarşı

Qara qarağatı asanlıqla çiyələk kimi kiçik bir sahədə yetişdirmək olar. Onun özü və yarpaqları C, K, P kimi güclü vitaminlərlə zəngindir. O, aortanın aterosklerozunun müalicəsi üçün unikal vasitədir.

Son.az medicina.az-a istinadən bildirir ki, Rusiyada loğmanlar və xalq təbabətini bilən yaşlı rus nənələri mütləq qarağat yarpaqlarını toplayıb, qışa saxlayardılar.

Onun yarpaqları böyrəküstü vəzilərin qabığını stimulə edir və onların işini bərpa edir. Hansı ki, buna heç güclü antibiotiklərin də təsiri olmur. 

Qarağat yarpaqlarından alınmış dəmləmə düzgün dozalarda sidik turşusunu çıxarır, podaqra, revmatizma, artroz kimi xəstələrə yaxşı təsir edir. 

Böyrək iltihabı xəstəliklərindən əziyyət çəkənlər isə yarım litr qaynar suya 3 xörək qaşığı xırdalanmış qara qarağat yarpaqları əlavə edib, 20 dəqiqə ağzı bağlı saxlayıb süzür, daha sonra yarpaqları sıxıb çıxarır, suyu azca qaynadıb soyudur. Gündə yarım stəkan bu sudan içir, eləcə qarağatın özünü yeyirsiz.

Kurs müalicə 1 aydır.