Doğru gün eynəyi seçməsəniz, övladınız kor ola bilər VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ


Digərləri 26 Apr 2019 22:34:00 237 0

Doğru gün eynəyi seçməsəniz, övladınız kor ola bilər  VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Havalar yavaş-yavaş isinir. Özünü asta-asta göstərən günəşdən qorunmaq üçün gün eynəklərindən istifadə isə zəruridir. "Uşaqların xüsusi ilə qızmar günəş şüalarından qorunması üçün günəş eynəkləri məsləhətlidir. Lakin düzgün seçim edilməzsə, korluq yarana bilər.

Son.az bildirir ki, bu sözləri medicina.az saytına pediatr Gülnar Abdullayeva deyib.

"Yayda günəş şüalarından həm dərimizi, həm də gözlərimzi qorumalıyıq. Ümumiyyətlə, göz günəş şüalarına həssas olan orqanlardan biridir. Sadə amma keyfiyyətli gün eynəklərindən istifadə etmək lazımıdır. Gün eynəklərində xüsusi təbəqə var ki, o, günəşin ultrabənövşəyi şüalarının qarşısını alır. Bəzən allergiyası olan uşaqlar var. Balacaların gözləri yaşarır, su axır, qızarır. Bu kimi problemlərin qarşını almağa məhz gün eynəkləri kömək edir. Lakin düzgün seçim edilmədikdə böyük fəsadlar verə bilər. Plastmas və ya qeyri- müəyyən tərkibli gün eynəklərindən istifadə etdikcə, uşağın görməsi zəifləyir. Günəş şüası birbaşa gözün selikli qişasına təmas edir. Nəticədə isə göz zədələnir". 

Mütəxəsislər bildirir ki, uşaqlara gün eynəyi alarkən bir neçə incə məqama xüsusi ilə diqqət etmək lazımdır.

• Şüşəsi möhkəm, gec qırılan olmalıdır 

• Şüşələri UB filtrli olmalıdır.

• Uşaqların dəcəlliklərini nəzərə alıb, arxası elastik iplə bağlı olmalıdır.