Üç yaşlı qız ataanasının ölümündən sonra körpə qardaşını xilas edib


Digərləri 26 Apr 2019 22:03:00 214 0

Üç yaşlı qız ataanasının ölümündən sonra körpə qardaşını xilas edib

Los-Ancelesdə üç yaşlı qız valideynlərinin ölümündən sonra bir neçə gün ərzində ikiaylıq qardaşının qayğısına qalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uşaqların atası yataq otağında həyat yoldaşını güllə ilə vurub, sonra da özü intihar edib. Kişinin uzun müddət depressiyadan əziyyət çəkdiyi bildirilir.

Hadisədən sonra bacı və qardaş evdə tək qalıb. Onları yalnız üç gündən sonra valideynlərinin cəsədləri yanında tapıblar.

Uşaqlar güclü susuzluq keçirib, lakin həkimlər onlara vaxtında tibbi yardım göstərə bilib. Hazırdan bacı və qardaşın həyatı üçün heç bir təhlükə yoxdur.