"Aysel və Sevdanın həyatını niyə məhv edirsiniz?" Səidə “Səni axtarıram”da


Şou-biznes 26 Apr 2019 21:42:00 233 0

"Aysel və Sevdanın həyatını niyə məhv edirsiniz?"  Səidə “Səni axtarıram”da

Müğənni Səidə Sultan "Səni axtarıram" proqramına çıxıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, aparıcı Xoşqədəm Hidayətqızına verilişi ilə bağlı iradlarını bildirib:

"Nə Aysel, nə də Sevda ərə gedib, onların həyatını niyə məhv edirsiniz? Onlar bu gün, sabah ərə getməlidir. Kiminləsə bağlı problem varsa, əvvəlcədən həmin adamı xəbərdar edin. Əgər biz qanunlarımızı bilsək, heç kim bizi çıxıb biabır edə bilməz. 

Heç kimin haqqı yoxdur, çıxıb, kiminsə şəxsi həyatını müzakirə etsin. Bütün bunlar vaxtilə mənim başıma gəlib. Kim istəyər ki, onun ailə problemi televiziyada nümayiş etdirilsin, müzakirə olunsun? Biri çıxıb şərləyirsə, onun qarşısını necə alaq? Ona görə də hər iki tərəf proqramda iştirak etməlidir.   Türkiyəli, rusiyalı müğənnilərin vecinə deyil, amma bizdə qınaq çoxdur. İnsanı ölümə sürükləyirlər. Ömrüboyu etdiyin səhvi sənin başına qaxınc edirlər. Axı, niyə kiminsə ailə problemi efirdə nümayiş etdirilməlidir? Heç kim buna razı olmaz. Qurban olum, Xoşqədəm, eləmə. İnsanları xəbərdar elə. Düzdür, mənim dediyim tərəflər sizə sərf etmir. Amma etməyin, belə".

Veriliş zamanı Səidənin əsəblərinə güclə hakim olması, etdiyi hərəkətlər diqqətdən qaçmayıb.