Bakıda dünya kuboku çərçivəsində komandaların təsnifat yarışları keçirilir (FOTO)


Digərləri 26 Apr 2019 21:04:00 205 0

Bakıda dünya kuboku çərçivəsində komandaların təsnifat yarışları keçirilir (FOTO)

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində beş topla qrup hərəkətlərində komandaların təsnifat yarışları keçirilir.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində beş topla qrup hərəkətlərində komandaların təsnifat yarışları keçirilir. Trend-in məlumatına görə, Azərbaycanı qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.