Zərdabda DƏHŞƏTLİ qətl


Kriminal 26 Apr 2019 20:54:00 180 0

Zərdabda DƏHŞƏTLİ qətl

Zərdabda arvadını qətlə yetirməkdə təqsirli bilinən A. Astanov barəsində çıxarılan məhkəmə qərarından apelyasiya protesti verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki,  Şirvan Apellyasiya Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb. Məhkəmə təqsirləndirilən Astanov Aqşin Gülüş oğlu barəsində verilən apelyasiya protestini qismən təmin edib. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrumetmə cəzası 18 il 6 ay müddətinə qədər artırılıb.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Astanov 18 il azdlıqdan məhrum edilib.

Hadisə 2016- cı ilin oktyabr ayında Zərdab rayonunda baş verib. Rayonun Yarməmmədbağı kəndində 1983-cü il təvəllüdlü kənd sakini Aqşin Usub oğlu Astanov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Rayondakı şəxsi təsərrüfatlardan birində çobanlıq edən Astanov ailə-məişət zəminində həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.