Çörəkdə təhlükəli maddə tapıldı:


Digərləri 26 Apr 2019 20:49:00 244 0

Çörəkdə təhlükəli maddə tapıldı:

Alimlər çörəyin yaxşı bişməsi üçün ona əlavə edilən maddənin hormon səviyyəsinin yüksəlməsinə, piylənməyə və şəkərli diabetin inkişafına səbəb ola biləcəyini müəyyən ediblər.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Harvard Universitetinin İctimai Səhiyyə Məktəbinin araşdırmasının nəticələrinə istinadən "Science Translational Medicine" elmi jurnalı məlumat yayıb.

Qeyd edilib ki, çörək məhsullarında olan təhlükəli maddə propionatdır. Kalsium propionat (E282) və soda propionat (E281) çörək məmulatlarında kiflənmənin qarşısını almaq üçün istifadə olunur.

Propionatın zərərini sübut etmək üçün elm adamları genişmiqyaslı araşdırma aparıblar, həmçinin siçanlar və insanlar üzərində təcrübələr keçiblər.