Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərdə finalçılar müəyyənləşib


Digərləri 26 Apr 2019 20:30:00 203 0

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərdə finalçılar müəyyənləşib

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərdə finalçılar müəyyənləşib.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərdə finalçılar müəyyənləşib. Trend-in məlumatına görə, finala Arina Averian (Rusiya, 22.100 xal), Dina Averina (Rusiya 20.700 xal), Linoy Aşram (İsrail, 20.600 xal), Vlada Nikolçenko (Ukrayna, 19.900 xal), Nikol Zelikman (İsrail, 19.600 xal), Anastasiya Salos (Belarus, 19.350 xal), Viktoriya Onoprienko (Ukrayna, 19.300 xal), Yekaterian Qalkina (Belarus, 19.150 xal) çıxıblar. Azərbaycan gimnastları topla hərəkətlərdə finala çıxmayıblar. Zöhrə Ağamirova 18.250 xalla 18-ci, Veronika Hudis isə 17.650 xalla 21-ci yerdə qərarlaşıb. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.