Bakıda qadınların qənimi tutuldu


Kriminal 26 Apr 2019 20:29:00 208 0

Bakıda qadınların qənimi tutuldu

Yasamal rayonunda qadına qarşı soyğunçuluq edilib.

Son.az Oxu.az-a istinadən bildirir ki, Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova naməlum şəxsin onun içərəsində 120 manat və mobil telefon olan çantasının soyğunçuluq yolu ilə ələ keçirdiyini bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev saxlanılıb.

Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək həmin şəxsin içərisində 200 manat olan əl çantasını aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.