İtaliyalı gimnast: Milli Gimnastika Arenası mənə teatrı xatırladır


Digərləri 26 Apr 2019 19:59:02 205 0

İtaliyalı gimnast: Milli Gimnastika Arenası mənə teatrı xatırladır

İtaliya gimnastı Aleksandra Acurcukuleze bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə təsnifat mərhələsində çıxışından razı qalıb.

Bakı. İtaliya gimnastı Aleksandra Acurcukuleze bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlərdə təsnifat mərhələsində çıxışından razı qalıb. Bunu Trend-ə gimnast özü deyib. O çıxışı zamanı xırda səhvlərə yol verdiyini desə də, proqramı yerinə yetirməsindən razı qalıb. İtaliyalı gimnast əlavə edib ki, Milli Gimnastika Arenası onda heyrət doğurur: “Bu arena çox böyükdür və mənə teatrı xatırladır. Mən isə teatrı çox sevirəm, ona görə də mənim burada çıxış etməkdən çox xoşum gəlir”.