Məşhur aktrisa intihar etdi


Digərləri 26 Apr 2019 19:44:00 305 0

Məşhur aktrisa intihar etdi

Kanadalı model və aktrisa Stefani Şerk intihar edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda onu əri Demian Bişir İnstaqramda yazıb.

"Bu, bizim həyatımızın ən kədərli dövrüdür. Bu acını necə atlatacağımızı bilmirəm" deyə, o yazıb.

37 yaşlı aktrisanı ailəsi bir neçə gün öncə huşsuz halda hovuzda tapıb. 8 gün klinikada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Şerkin intihar etdiyi bildirilir. O, uzun müddətdir ki, depressiyadan əziyyət çəkirmiş.