Metronun "Həzi Aslanov" stansiyasının üzərindən keçən su xəttində qəza


Digərləri 26 Apr 2019 19:39:00 398 0

Metronun "Həzi Aslanov" stansiyasının üzərindən keçən su xəttində qəza

Bakıda metronun "Həzi Aslanov" stansiyasının tunelinin tavan hissəsindən su sığmağa başlayıb.

Məlumata görə, stansiyanın giriş hissəsindəki tunelin tavanından su axıb.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, su sızmasına səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır: "Hadisə ilə bağlı dərhal "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. "Azərsu" əraziyə qəza xidmətini göndərib. Hazırda problem aradan qaldırılır".

B.Məmmədov bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmur: "Nə sərnişin axınında, nə də qatarların hərəkətində problem yoxdur".