Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü


Digərləri 26 Apr 2019 19:22:00 230 0

Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.