2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək


Digərləri 26 Apr 2019 19:29:27 173 0

2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək

21-30 iyun tarixlərində Minskdə 2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək.

Bakı. 21-30 iyun tarixlərində Minskdə 2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə, Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib. Beləliklə 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarına 7 karateçimiz qatılacaq. Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq) təmsil edəcək.