Kuba səfiri: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir


Digərləri 26 Apr 2019 19:16:14 267 0

Kuba səfiri: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir

Bakı. Cani Babayeva - Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları ən yüksək səviyyədə keçir. Bunu Trend-ə Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib. O bildirib ki, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatını izləsə də, gimnastika yarışlarında ilk dəfə iştirak edir: “Bədii gimnastika üzrə Kuba milli komandası ilk dəfədir ki, Bakıda çıxış edir. Gimnastlarımız və məşqçi təşkilatçılıq səviyyəsinin çox yüksək olduğunu vurğulayır. Burada çox gözəl şərait yaradılıb. Hər şey ən yüksək səviyyədədir”. Səfir yaradılan şəraitə görə, Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirib.