Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb


Digərləri 26 Apr 2019 18:54:00 228 0

Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb

Onun meyiti çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Bakı. Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Göygöl rayonunda dağlıq ərazidə yüksəklikdən yıxılan 1988-ci il təvəllüdlü Yusifova Aygün Xaliq qızının meyitinin çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri A.Yusifovanın meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.