Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir


Digərləri 26 Apr 2019 18:47:00 237 0

Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, sabahdan 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib. Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.