Siyana Vasileva zədəsi haqqında: Qısa zamanda sağalacağıma ümid edirəm
Digərləri 26 Apr 2019 18:41:00 217 0
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının kapitanı Siyana Vasileva bir müddət əvvəl aldığı zədəni qısa zamanda sağaldacağına ümid edir.
Bakı.
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının kapitanı Siyana Vasileva bir müddət əvvəl aldığı zədəni qısa zamanda sağaldacağına ümid edir.
Bunu Trend-ə gimnast özü deyib. O bildirib ki, zədəni məşq zamanı alıb:
“Dünya Kuboku və digər turnirlərlə əlaqədar bizim məşq yükümüz çox olub. Mən komandanın kapitanıyam və ən çətin elementlərdən birini yerinə yetirirəm. Nəticədə məşqdə zədə aldım. Hazırda müalicə olunuram. Həkimlər məni ayağa qaldırmaq üçün əlindən gələni edir. Qısa zamanda sağalacağıma ümid edirəm”.
Gimnast bildirib ki, Dünya Kubokunda iştirak edə bilmədiyinə görə çox təəssüflənir:
“Bu, mənim ən sevimli yarışlarımdan biridir. Tamaşaçılar bizi çox yaxından dəstəkləyir. Mən həmişə məhz burada daha yaxşı nəticə göstərmək istəmişəm”.
Mənbə: az.trend.az