Koreyalı səfir: Azərbaycan Gimnastika Federasiyası çox gözəl işləyir


Digərləri 26 Apr 2019 18:07:43 219 0

Koreyalı səfir: Azərbaycan Gimnastika Federasiyası çox gözəl işləyir

Azərbaycan Gimnastika Federasiyası çox gözəl işləyir

Bakı. Cani Babayeva - Azərbaycan Gimnastika Federasiyası çox gözəl işləyir. Bunu Trend-ə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq-op deyib. O bir neçə həftə əvvəl də Gimnastika Arenasında olduğunu deyib: “İkinci dəfədir ki, mən bu arenaya gəlirəm. Ümid edirəm ki, komandamız yaxşı nəticə göstərəcək. Azərbaycan Gimnastika Federasiyası çox gözəl işləyir. Onlar bizi dəvət ediblər, biz də bu yarışlardan zövq alırıq. Fikrimcə, bu tədbir çox gözəl təşkil olunub”. Səfir bundan başqa qeyd edib ki, Azərbaycanla Cənubi Koreya arasında ikitərəfli münasibətlər yaxşı inkişaf edir.