İlkin əlillik təyinatları 49% azalıb


Digərləri 26 Apr 2019 17:50:00 207 0

İlkin əlillik təyinatları 49% azalıb

2018-ci ilin birinci rübünə nisbətən I və II dərəcə əlillik təyinatlarında 3 dəfə azalma qeydə alınıb

Bakı. 2018-ci ilin birinci rübünə nisbətən I və II dərəcə əlillik təyinatlarında 3 dəfə azalma qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində nazirlik tərəfindən görülən tədbirlər cari ilin birinci rübündə də ilkin əlillik təyinatlarının sayında ciddi şəkildə azalmaya səbəb olub. 2019-cu ilin yanvar-mart aylarında nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ilkin əlillik təyin olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% azalmaqla 5310 nəfər təşkil edib. O cümlədən, ilkin olaraq I dərəcə əlillik təyinatı 2018-ci ilin I rübünə nisbətən 3 dəfə, II dərəcə əlillik təyinatı 3 dəfəyə yaxın, III dərəcə əlillik təyinatı 26%, sağlamlıq imkanlarının məhdudluğunun təyinatı 34% azalıb.