Dələduzluqda təqsirləndirilən sabiq icra başçısı azadlığa buraxıldı


Digərləri 26 Apr 2019 17:44:00 185 0

Dələduzluqda təqsirləndirilən sabiq icra başçısı azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Münsif Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağcabədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Səfərova şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb. Sabiq başçı ilə birlikdə həbs olunan Rüstəm Bayramova da şərti cəza verilib. Qeyd edək ki, M.Səfərov məhkəmədən yayındığı üçün barəsində axtarış qərarı çıxarılmışdı.