Ölümündən əvvəl Messini ayrılmaq fikrindən daşındırıb


İdman 26 Apr 2019 17:00:00 222 0

Ölümündən əvvəl Messini ayrılmaq fikrindən daşındırıb

Barcelona-nın keçmiş məşqçisi Xordi Roura komandanın kapitanı Lionel Messinin 5 il əvvəl dünyasını dəyişən Tito Vilanovanın sayəsində komandada qaldığını söyləyib.

Goal.az-ın məlumatına görə, Roura bildirib ki, vaxtilə köməkçisi olduğu Vilanovanın sözləri argentinalını fikrindən daşındırıb.

Məsələ burasındadır ki, Vilanovanın ölümündən 6 gün əvvəl Messi onu ziyarət edib və bundan sonra komandada qalmağı qərara alıb: "Messi Barcelona-dakı gələcəyinin necə olacağını bilmirdi. O, hətta ayrılmaq barədə də düşünürdü. Həmin ərəfədə Vilanovanı ziyarət etdi və onlar bir neçə saat söhbət etdilər. Bilmirəm, Tito ona nələr dedi. Ancaq Leo görüşdən çıxandan sonra Barcelona-da qalacağını söylədi".

Qeyd edək ki, Tito Vilanova 2014-cü il aprelin 25-də dünyasını dəyişib.