Metronun "Həzi Aslanov" stansiyasının üzərindən keçən su xəttində qəza


Digərləri 26 Apr 2019 17:19:18 165 0

Metronun "Həzi Aslanov" stansiyasının üzərindən keçən su xəttində qəza

Bakıda metronun "Həzi Aslanov" stansiyasının tunelinin tavan hissəsindən su sızmağa başlayıb.

Bakı. Samir Əli - Bakıda metronun "Həzi Aslanov" stansiyasının tunelinin tavan hissəsindən su sığmağa başlayıb. Trend-in məlumatına görə, stansiyanın giriş hissəsindəki tunelin tavanından su axıb. Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, su sızmasına səbəb ərazidən keçən su xəttində baş verən nasazlıqdır: "Hadisə ilə bağlı dərhal "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məlumat verilib. "Azərsu" əraziyə qəza xidmətini göndərib. Hazırda problem aradan qaldırılır".