Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı Ukraynada anım tədbiri keçirilib (FOTO)


Digərləri 26 Apr 2019 16:51:00 171 0

Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı Ukraynada anım tədbiri keçirilib (FOTO)

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Bakı. Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi, gənclər və media təmsilçiləri iştirak ediblər. Əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub. Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib ki, akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olub. Azərbaycan tarixən görkəmli şəxsiyyətlər yetişdirib, onlardan biri də Zərifə Əliyevadır. Zərifə Əliyeva haqqında xatirələri oxuduqca hər bir insanda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim obrazı canlanır. İrpen şəhərində görkəmli elm xadiminin adını daşıyan istirahət parkının və mərkəzi küçənin Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrildiyini bildirən diplomat Zərifə Əliyeva adına 12 saylı orta məktəbin direktoru Valentina Antonenkoya iki ölkə arasında isti münasibətlərə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.