“Elə bil ürəyimizə sərin su səpildi” İtkin düşmüş şəhidimizn məzarı 26 ildən sonra tapıldı
Digərləri 26 Apr 2019 16:19:00 247 0
Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə itkin düşdüyü ehtimal edilən daha bir azərbaycanlı hərbçinin məzarı aşkar edilib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, əslən Neftçalanın Xolqarabucaq kəndindən olan İlqar Həsənalı oğlu Nəcəfov 1993-cü ildə cəbhəyə yollanır. 1994-cü ildə ailəsi ondan xəbər ala bilmir. Xidmət etdiyi hərbi hissədən İlqarın itkin düşdüyü xəbəri gəlir. Şəhidin yaxınları 1997-ci ilədək axtarışları davam etdirirlər. Sonradan məlum olur ki, İlqar Nəcəfov 1994-cü ildə yanvan ayında həlak olan və burada dəfn edilən 37 şəhiddən biridir. ARB TV-də İmişlinin Şəmmədli qəbiristanlığında dəfn edilən naməlum şəhidlərin olması haqqında yayımlanan süjetdə İlqarın şəklini görən yaxınları onu tanıyıblar. Cəfər Nəcəfov - Şəhidin qardaşı: "26 illik həsrətə son qoyuruq. Hamısından hallallıq istəyrik. Əziyyət çəkiblər". Həsənalı Nəcəfov - Şəhidin atası: "1994-cü ilin yanvarın 10-da şəhid olanlar İmişli qəbiristanlığında dəfn edilib. Oğlum mənə məlumat verdi. Gəldilər, şəkil, sənədlər gətirdilər. Baxdıq ki, uyğunlaşır. Elə bil ürəyimizə sərin su səpildi". Samir Səmədov - Sakin: "Naməlum məzarlar vardı. Gəlib ziyarət edirdik". Şəhidin nəşi Azərbaycan bayrağına bükülərək anadan olduğu kəndə aparılıb. Bugünədək Şəmmədli qəbristanlıqda dəfn edilən 37 naməlum şəhidin 27-sinin kimliyi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. 10 şəhidin kimliyi isə hələ də naməlum olaraq qalır.
Son.az
Mənbə: milli.az