Sevgilisinin anasını bıçaqlayan şəxsin cəzası


Kriminal 26 Apr 2019 16:09:00 167 0

Sevgilisinin anasını bıçaqlayan şəxsin cəzası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Səmədov 5 il azadlıqdan məhrum edilib.

İttihama görə, Abşeron rayonunda Ə.Səmədov qeyri-rəsmi nikah münasibətində olduğu A.Məmmədlinin anası R.Məmmədova ilə mübahisə edib. Mübahisə nəticəsində Ə. Səmədov R. Məmmədovanı bıçaqlayıb.