ARDNF-nin vəsaitlərinin həcmi ilk dəfə 40 milyard dolları keçib


Digərləri 26 Apr 2019 16:07:13 166 0

ARDNF-nin vəsaitlərinin həcmi ilk dəfə 40 milyard dolları keçib

20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin həcmi ARDNF-nin tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçib.

Bakı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1999-cu ildə yaradılan bu il 20 illiyini qeyd edən Dövlət Neft Fondunun (ARDNF) aktivləri ARDNF-nin tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları həcmini keçib. ARDNF-nin aktivlərinin artımı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mühüm sosial-iqtisadi islahatların nəticəsində dayanaqlı uzunmüddətli iqtisadi artıma hədəflənmiş siyasətin daha bir nümunəsidir. ARDNF bildirir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində fondun büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil edib. 2019-cu ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 605,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil edib. Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 milyon manata bərabər olub.