Ramin Musayev: "İnsan öləndən sonra da yaşamalıdır - MÜSAHİBƏ


İdman 26 Apr 2019 15:44:00 185 0

Ramin Musayev: "İnsan öləndən sonra da yaşamalıdır - MÜSAHİBƏ

Bu gün PFL-in prezidenti Ramin Musayevin doğum günüdür. O, 1963-cü ilin aprelin 26-da dünyaya gəlib.

Musayev bununla əlaqədar rakus.az saytına müsahibə verib.

– Ramin müəllim, ad gününüzü  təbrik edirik. İlk olaraq bilmək istərdik: həyat sizin üçün nə deməkdi?

– Təbrikə görə çox sağ olun. Yaşımla bağlı deyə bilmərəm, amma daxilən özümü cavan hiss edirəm. Həyatda çalışmışam ki, heç kimə pislik etməyim, kiminsə haqqına girməyim, heç kimin xətrinə dəyməyim. Rəhmətlik atam deyərdi ki, oğul, kişi odu ki, öləndən sonra da yaşasın. İnsanların yaddaşında əbədi olaraq yaxşı işlərin səbəbkarı, xeyirxah birisi kimi qalmalısan. Mən də çalışıram ki, əməlimlə atamın dediklərini döğruldum.

–  Sizin iş otağınızda çay içməmək sadəcə günah sayılır. Çay süfrəsini necə dəyərləndirirsiniz?

– Bu bizim milli adət-ənənəmizdi, evə gələnə ilk olaraq çay verilir. Mənim də günümün, demək olar ki, böyük hissəsi işdə keçir. Ona görə də iş yerimi bəzilərindən fərqli olaraq birinci evim hesab edirəm. Səhər saat 9:00-dan axşam 21:00-a qədər işdə oluram. Oyun günləri isə daha çox.

– Bəs qonaqlarınızın fikri necə olur ?

– Vallah bilmirəm nədəndi, otağın ab-havasındanmı, söhbətin şirin olmasındanmı, hamı çayımızı tərifləyir. Bunu başqa cür dəyərləndirənləri isə öz vicdanının öhdəsinə buraxaq.

– Hər bir insan həyatı təbiəti xatırladır, dağı, dərəsi, aranı var. Bununla bağlı sizin fikriniz necədi?

– Mən kənddə doğulmuşam, kənd uşağıyam. 16 yaşıma qədər orda yaşamışam. Baxmayaraq ki, 40 ildən artıqdı Bakıdayam, amma mənə kənd doğma gəlir. Qardaş, kənd həyatı başqadı. Gərək o həyatı yaşayasan ki, dadını da biləsən. Sağ olsun qohumlarım, dostlarım hərdən dağın, dərənin görüntülərini göndərirlər. Onlara baxıb ən azından kövrəlməmək mümkün deyil. İnsan həyatı da təbiət kimi enişli-yoxuşlu olur. Bir zaman olur ki, çətinlyə düşürsən, problemlərlə üzləşirsən, bəzən də çətinliklərdən uzaqlaşırsan. Amma məncə, hər birinin öz yeri var. Çətin günlərinin də, xoş anlarının da qədrini bilməlisən. Kişi çətinliyə düşəndə ondan çıxmağı bacarmalıdı.

– Kənd uşaqları daha çox zəhmətə qatlaşırlar…

– Çünki buna bir növ məcburdular. Kənddə mütləq işləməlisən, evə kömək etməlisən. Şəhərdə isə uşaqlar daha çox bağça ev arasında qalır.

– Həyatın bərkini-boşunu görmüş bir insan kimi dostu necə dəyərləndirirsiniz?

– Məncə, həyatda iki varlıq var: Ana və dost. Çünki bunların heç biri pulla, vəzifə ilə alınmır. Ana insanı dünyaya gətirəndi, dost isə ikinci özün deməkdi.

– Aşıq peşəsinə vurğunluğunuz necədi?

– Bu da kənddən qalan adətdi. Bildiyiniz kimi, mən gürcüstanlıyam, orda isə bu peşəyə son dərəcə böyük maraq var. Uşaqlığın belə bir şəraitdə keçib. Mən atamı uşaq ikən itirmişəm. Eşitdiyimə görə, atam da sazda yaxşı ifa edirmiş. Mən atamla demək olar ki, eyni həyatı yaşamışıq. O da cavan qardaş itirdikdən sonra sazı dayandırıb, mən də. Ancaq saz elə bir musiqi alətidi ki, onu duyanın onsuz yaşamağı çətin olar. Hərdən deyirəm ki, kaş mən dünyamı dəyişəndə aşıq Zülfiyyə yanımda saz çala. Onda nə “uf” deyərəm, nə də “of”.

– Sazda zümzümə etmək necə, könlünüzə düşürmü?

– Üç sazım var, deməli olur.

-Təbiətə bağlı insansınız. Bu nədən yaranır?

– Yenə qayıdıram kəndə, qayalarını gəzdiyim torpaqlara. Təbiəti – yaşıllığı, ağacları çox sevirəm. Bəlkə də, bu doğulduğum yerdən qaynaqlanır. Hərdən arzu edirəm ki, meşədə olasan, yanında bulaq, saz və ürəyin istəyən insanlar ola. Belə yerdə közdə bişmiş kartofu dünyanın ən gözəl restoranında olan ən bahalı yeməkdən üstün tuturam. Çünki onun öz dadı, öz gözəlliyi var.

– Sizin kitabla dostluğunuz necə, davam edirmi?

– Bəli, kitab oxuyanda bəzən dərddən-kədərdən uşaqlaşırsan, bəzən də elə mövzular dərd üstünə dərd gəlir. Elə vaxt olur səhər saat 6-a qədər kitabdan ayrıla bilmirəm. Gözümün biri yumulu, biri açıq hadisələrin sonunu gözləyirəm.

–  Valideyn-övlad, baba-nəvə sintezini necə edərsiniz?

– Valideyn əvəzolunmazdı. Amma insan valideyn olandan sonra hiss edir ki, övlad da belədi. Nəvə isə babalarımız demişkən, hər şeydən şirin olur. Şükür Allahıma, olmayanlara da qismət olsun, həm oğul, həm də qız nəvəm var. Həyatda baba və nənə demək olar ki, görməmişəm, amma özüm babayam, sanki o körpələri görəndə hər şeyi unuduram.

– Sizcə, nəvənin şirinliyi nədədir?

– Həyat belədi, uşaqlar balaca olanda valideyn ailəni dolandırmaq üçün çalışır, uşaqların necə böyüdüyünü bir növ xatırlamır. Mən hərdən rəhmətlik anama sual verirdim ki, nəvələrini çox istəyirsən, yoxsa balalarını? Deyirdi ki, yüz nəvəm ola, səni onlara dəyişmərəm. Hətta bir dəfə dedi ki, bütün nəvələrim sənə qurban. İnsan öz bağında becərdiyi meyvəni bazardan aldığın heç bir meyvəyə dəyişməz. Nəvə də elədi, öz dadı var. Mənə elə gəlir ki, nənələrimizdən soruşsaq, deyərlər ki, bala nəvədən şirindi. Babalar isə nəvəni üstün tutur.

– İşinizin gərginliyini nəzərə alaraq stressdən çıxış yolunu necə müəyyənləşdirirsiniz?

– Mən bağda qalıram, 2 itim və 1 pişiyim var. Evdə olanda onlarla vaxtımı keçirirəm. Onların sevinci yorğunluğumu götürür. Çünki it çox sadiqdi. Bəzən atın da sadiqliyini tərifləyirlər, amma mən iti daha üstün tuturam. Stressmi onlarla çıxarıram.

– Heyvanlarla dostluğunuz tuturmu?

– Bəli. Çünki it çox sadiqdi.

– İnsanın digər canlılarla fərqli xüsusiyyətlərini necə görürsünüz?

– Onlar bəzi insanlardan ehtibarlıdı. Çünki heyvanı pulla almaq olmur, o dəyişilmir. Sənin ətrin ona bəs edir. Amma elə insan var vəzifəsi, pulu artanda dəyişir.

– İnsan doğmaların məzarını hər ziyarətdən sonra daxilən yüngülləşir, mənən güclənir. Bunu hiss etmisinizmi?

– Çox ağır sual oldu. Bəli.

– Sizcə bu nədəndir?

– Dünyasını dəyişən anamın, dostumun qəbri üstünə tez-tez gedirəm. Məzarı önündə oturub daxilən söhbət edirəm. Sənə elə gəlir ki, o səni eşidir. Çünki onlar sənin üçün yaşayır. Düz deyirsiniz, adam xeyli təsəlli tapır. Hətta dəfələrlə olub ki, çətin günlərimdə həmin dostum yuxuma girib, mənə dayaq olub, yol göstərib … (kövrəlir).

 –  İnsanın həyatda dəyəri nə ilə ölçülür?

– Qəlbinin təmizliyi ilə. Belə insanın əməli də gözəl olur.

– Doğum günü həm də bir hesabat günüdü. Özünüz özünüzə hesabat verirsinizmi?

– Hər axşam özüm-özümə hesabat verirəm. İşləri necə görmüşəm, kiminsə qəlbinə dəymişəmmi? Əgər işlə əlaqədar olubsa da səhərisi gün işə gələn kimi həmin adamı çağırıb üzr istəmişəm. Çünki atamın dediyi kimi, insan öləndən sonra da yaşamalıdı.

"Gündəm xatirinə ad günü edirlər" like
  • 26 Apr 15:39  
Şou-biznes "Gündəm xatirinə ad günü edirlər"

Meyxanaçı Namiq Qaraçuxurlu ad günü keçirən sənət adamlarını tənqid

arrow Ətraflı
Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib like
  • 26 Apr 15:36  
Digərləri Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib

Aprelin 26-da saat 15:00-da Bakıda Formula 2 yarışlarının sıralanma turuna

arrow Ətraflı
Keremlə Serenay niyə ayrılıb? like
  • 26 Apr 15:34  
Digərləri Keremlə Serenay niyə ayrılıb?

Türkiyənin məşhur cütlüyü - aktrisa Serenay Sarıkaya və aktyor Kerem B

arrow Ətraflı
ARDNF ötən ay 600,5 milyon dollar valyuta satıb like
  • 26 Apr 15:34  
Digərləri ARDNF ötən ay 600,5 milyon dollar valyuta satıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ay ərzində həyata keçirilmiş

arrow Ətraflı
Bakıda sevdiyi qızı güllələyib öldürən şəxsə like
  • 26 Apr 15:29  
Kriminal Bakıda sevdiyi qızı güllələyib öldürən şəxsə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkd

arrow Ətraflı
Hövsanda iki avtomobil toqquşdu like
  • 26 Apr 15:19  
Digərləri Hövsanda iki avtomobil toqquşdu

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Özbəkistanlı idmançı: Bakıda tamaşaçıları çox bəyəndim like
  • 26 Apr 15:17  
Digərləri Özbəkistanlı idmançı: Bakıda tamaşaçıları çox bəyəndim

Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılara azarkeşlik etməyə gə

arrow Ətraflı
Rauf Əliyev: "Azərbaycan ən yüksək səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilib" like
  • 26 Apr 15:14  
Digərləri Rauf Əliyev: "Azərbaycan ən yüksək səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilib"

"Azərbaycan bu gün Avropa və dünyanın ən yüksək səviyyəli yarış

arrow Ətraflı
Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib (FOTO) like
  • 26 Apr 15:10  
Digərləri Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib (FOTO)

Ümumdünya Əməyin Mühafizəsi Günü” və “Əmək münasibətlərinin r

arrow Ətraflı
Qaradərili model saç düzümləri ilə hər kəsi şoka salır like
  • 26 Apr 15:09  
Digərləri Qaradərili model saç düzümləri ilə hər kəsi şoka salır

Instaqram-da Lai Titaki adlı qaradərili model görüntüsü ilə hər kəsi m

arrow Ətraflı
Sevgilisinin anasını bıçaqlayan şəxsə 5 il cəza verildi like
  • 26 Apr 15:05  
Digərləri Sevgilisinin anasını bıçaqlayan şəxsə 5 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır

arrow Ətraflı
14 yaşına çatmamış qızın başına oyun açdı like
  • 26 Apr 15:04  
Kriminal 14 yaşına çatmamış qızın başına oyun açdı

Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirlənd

arrow Ətraflı
Hövsanda iki avtomobil toqquşub - Ölən və xəsarət alanlar var like
  • 26 Apr 14:58  
Digərləri Hövsanda iki avtomobil toqquşub - Ölən və xəsarət alanlar var

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı