Moldova səfiri: Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var (FOTO)


Digərləri 26 Apr 2019 15:46:41 221 0

Moldova səfiri: Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var (FOTO)

Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var, tamaşaçılar təkcə Azərbaycan millisini deyil, həm də digər ölkələrdən olan idmançıları dəstəkləyir

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var, tamaşaçılar təkcə Azərbaycan millisini deyil, həm də digər ölkələrdən olan idmançıları dəstəkləyir. Bunu Trend-ə Moldovanın Azərbaycandakı səfiri George Luka deyib. O bildirib ki, bu arenada ikinci dəfə bədii gimnastika yarışlarını izləyir: “Azərbaycanda gözəl Gimnastika Arenası var. Bura təkcə gimnastika yarışları üçün yox, digər idman növləri üçün də nəzərdə tutulub”.