"Gündəm xatirinə ad günü edirlər"


Şou-biznes 26 Apr 2019 15:39:00 231 0

"Gündəm xatirinə ad günü edirlər"

Meyxanaçı Namiq Qaraçuxurlu ad günü keçirən sənət adamlarını tənqid edib. 

Milli.z axşam.az-a istinadən xəbər verir ki, "Səhər-səhər" verilişinə qonaq olan sənətçi bildirib ki, ad günü etməyi xoşlamır: "Şou-biznesdəkilər gündəmə gəlmək üçün ad günü edirlər. Şəkil çəkdirib paylaşsınlar. Başımın daşıdır, adam nə qədər ad günü keçirər? Adam var hər il uşağına ad günü edir. Nə qədər olar? Öz toyuma adam çağıranda utanırdım". Aparıcı Elgiz Əkbər isə "Adam bir az utanar da... Uşağına sünnət edir, ad günü edir çağırır, gəlirik. Öldük axı sizə hər il pul verməkdən" deyərək, onun sözlərini təsdiqləyib.