Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib


Digərləri 26 Apr 2019 15:36:00 187 0

Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib

Aprelin 26-da saat 15:00-da Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.

Bakı. Elçin Mehdiyev - Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib. Trend-in məlumatına görə, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır. Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “UNI-Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini qabaqlayıb. İkinci ən yaxşı nəticə “Carlin” komandasından Nobuharu Matsuşitaya, üçüncü nəticə isə “MP Motorsport”un sürücüsü Cordan Kinqə məxsusdur.