Umtiti qərarını verdi


İdman 26 Apr 2019 14:45:00 231 0

Umtiti qərarını verdi

Barcelona-nın müdafiəçisi Samuel Umtiti gələcəyi ilə bağlı qərarını verib.

Goal.az-ın "L’Equipe" nəşrinə istinadən məlumatına görə, Fransa millisinin üzvü komandasını dəyişmək fikrində deyil. Zədədən sonra əsas heyətdəki yerini itirən dünya çempionu ilə bir neçə Avropa nəhəngi maraqlanır. Barcelona isə Ajax-dan Matteys de Liqti transfer edərək, Umtitini satmağın əleyhinə deyil. Lakin 25 yaşlı futbolçu son açıqlamasında Kataloniya klubunda qalmaq və əsas heyətdəki yerini qaytarmaq istəyində olduğunu söyləyib.

Qeyd edək ki, Samuel Umtitinin Barcelona ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.