Rauf Əliyev: Azərbaycan ən yüksək səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilib


Digərləri 26 Apr 2019 14:44:02 184 0

Rauf Əliyev: Azərbaycan ən yüksək səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilib

Azərbaycan bu gün Avropa və dünyanın ən yüksək səviyyəli yarışlarını qəbul edir

Bakı. Azərbaycan bu gün Avropa və dünyanın ən yüksək səviyyəli yarışlarını qəbul edir. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib. O qeyd edib ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir: “Mayın 16-da isə bədii gimnastika üzrə 35-ci Avropa çempionatı, ondan bir həftə sonra aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçiriləcək”. Gimnastikaya göstərilən qayğıdan danışan deputat Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman növünün inkişafında rolunu xüsusi vurğulayıb: “Qısa müddət ərzində Azərbaycan Gimnastika Federasiyası ciddi uğurlara nail ola bildi. Bunu gimnastlarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında çıxışları da göstərir”. Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.