Hacı Nuran Ayselin əri ilə görüntülərini yaydı


Şou-biznes 26 Apr 2019 14:40:00 540 0

Hacı Nuran Ayselin əri ilə görüntülərini yaydı

Bu gün ölkəmizi "Eurovision - 2009"da təmsil edən Aysel Adıgözəlzadənin (Teymurzadə) doğum günüdür.

Son.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, tanınmış pianoçu Murad Adıgözəlzadə ilə evli olan Ayselin 30 yaşı tamam olur.

Bu münasibətlə aparıcı Hacı Nuran Ayseli təbrik edib. O, İnstaqram-da Aysel və Murad Adıgözəlzadə cütlüyü ilə özəl şəkillərini paylaşıb.

Məlumat üçün bildirək ki, Murad Adıgözəlzadə ilə evləndikdən sonra Aysel Adıgözəlzadə müğənnilik fəaliyyətinə son qoyub. Onların nikahından 3 övladı var.


Xəbərə aid fotolar