Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti keçiriləcək


Digərləri 26 Apr 2019 14:05:00 218 0

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti keçiriləcək

Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun "Natiq" ritm qrupu, Xalq artistləri Manana Çaparidze, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər.

Konsertə giriş sərbəstdir.