Bakıda “İnsan ruhunun qüdrəti” adlı Amerika film festivalı keçiriləcək


Digərləri 26 Apr 2019 14:07:51 263 0

Bakıda “İnsan ruhunun qüdrəti” adlı Amerika film festivalı keçiriləcək

Bakıda “İnsan ruhunun qüdrəti” adlı Amerika film festivalı keçiriləcək

Bakı. Bakıda “İnsan ruhunun qüdrəti” adlı Amerika film festivalı keçiriləcək. ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bütün filmlər 2019-cu il mayın 1-5-də “Park Cinema Fleym Touers”də nümayiş olunacaq. “Aydakı adam”,”Yaraşıqlı oğlan”, “Yaşıl kitab”, “Sevgi ilə, Saymon” və “Bir ulduz doğulur” kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletlər www.parkcinema.az saytında və “Park Cinema” kassalarında da mövcuddur. ABŞ-ın Azərbaycandakı Səfirliyi bu tədbiri burada keçirilməsinə görə “Park Cinema”ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir: Film Həftə Günləri Günlər Vaxt Zal # Aydakı adam Çərşənbə 1 may 2019 19:00 3 & 4 Yaraşıqlı oğlan Cümə axşamı 2 may 2019 19:00 3